02:54 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
Bakının mərkəzində ərəb tursitlər

Rekorda hazırlaşın: Bu il daha çox olacaqlar

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
52 0 0

Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycana səyahət edənlərin 51.9%-ni təşkil edir

BAKI, 20 noyabr — Sputnik. 2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq.

Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana səyahət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatıb.

Bu, 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.

Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycana səyahət edənlərin 51.9%-ni təşkil edir.

Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47.9% və 37.8% artım müşahidə edilib.

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24.7% artım deməkdir.

Rusiya ilə Azərbaycan arasında turizm əlaqələrində yeni səhifə açıldı>>

Ən yüksək artım 74.3%-lə İran və 65.1%-lə Orta Asiya ölkələri arasında qeydə alınıb.

Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9.6 min nəfər və ya 18% artım) və Rusiyadan (9.2 min nəfər və ya 14.4% artım) gələnlər arasında müşahidə edilib.

Əsas mövzular