CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdən çətirsiz çıxmayın

© Sputnik / Taleh MahmudovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Bakıda, eləcə də Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək

BAKI, 20 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 21-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbər lenti
0