02:21 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
Telefon, arxiv şəkli

Xidmət sərnişinlər üçün nömrə verdi: ancaq buraya zəng edin

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
8 0 0

Noyabrın 1-dən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılıb

BAKI, 19 noyabr — Sputnik. Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sərnişinlərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DANX-ın mətbuat katibi Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, noyabrın 1-dən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılıb. Monitorinqlər 3 istiqamətdə: Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı), paytaxt-region və əks istiqamət, beynəlxalq istiqamətlər üzrə keçiriləcək.

"Bu səbəbdən noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyiniz rica edilir", - deyə o bildirib.

Onun sözlərinə görə, təklif və iradlar yalnız 012 566 52 58 nömrəli qaynar xəttində qeydə alınacaq.

Əsas mövzular