CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabit, lakin rütubətli – Sabaha hazırlaşın

© Sputnik / Murad OrujovСтанция метро "28 Мая"
Станция метро 28 Мая - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək

BAKI, 18 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Sputnik Azərbaycan-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Дождь в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabah hava dəyişkən buludlu olacaq, bəzi ərazilərdə yağış, sulu qar yağacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Sabah Azərbaycanın qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 10-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti
0