CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyə seçkiləri ilə bağlı növbəti mərhələ başa çatdı

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана  - Sputnik Azərbaycan
Abunə olmaq
Bələdiyyə seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi prosesi başa çatır.

BAKI, 17 noyabr - Sputnik. Bu gün dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatır.

Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidirlər.

Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 18-dək olan dövrü əhatə edir.

Xəbər lenti
0