CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram...

Abunə olmaq
Azərbaycanda bu hadisələr Milli Azadlıq Hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır

BAKI, 17 noyabr — Sputnik. Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Günün tarixi 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr Milli Azadlıq Hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

17 noyabr tarixi 1992-ci ildə Milli Dirçəliş günü elan olunub.

Xəbər lenti
0