CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hələ ki cərimə edilməyəcəksiniz - şöbə rəisindən açıqlama

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən sosial şəbəkələrdə avtomobillərin arxa yan şüşələrində jalüz pərdələr və plyonka istifadə edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun imzası ilə telefonaqramma paylaşılmışdı

BAKI, 16 noyabr — Sputnik. "Hazırda qeyd edilən standartlarla bağlı qanunvericiliyə əlavə də dəyişikliklərin edilməsi məsələsi aidiyyatı qurum və orqanlarda baxılmaq ərəfəsindədir. Bu nəzərə alınıb". Bunu avtomobillərdə yan və arxa şüşələrə pərdə və jalüzlərin vurulması qadağası məsələsinə aydınlıq gətirərkən Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.

O qeyd edib ki, buna görə də Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə avtomobillərin arxa yan şüşələrində jalüz pərdələr və plyonka istifadə edilməsinə görə cərimə tətbiq olunmayacaq.

Xatırladaq ki, dünən sosial şəbəkələrdə bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun imzası ilə telefonaqramma paylaşılmışdı.

Xəbər lenti
0