CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yağışa görə sürət həddi endirildi

© Photo : REPORTДождливая погода в Баку, фото из архива
Дождливая погода в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik" - BNA

BAKI, 15 noyabr — Sputnik. Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

“Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik”, - deyə BNA-nın məlumatında qeyd olunur.

Xəbər lenti
0