CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ikiillik müəmma həll olunur: Onların üzünə Günəş doğacaq

© Sputnik / Murad OrujovВид на Баку, фото из архива
Вид на Баку, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
600 nəfərdən yuxarı sakinin kəskin etirazına baxmayaraq, 40 sotdan artıq bir ərazi iki ilə qədər müddətdir ki, tikintini aparan şirkət tərəfindən hasarlanıb.

İradə Cəlilova, Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Bakıda daha bir neçə bina günəş işığına həsrət qalmaq təhlükəsi ilə üzləşib. Bu barədə Sputnik Azərbaycan-a Bakının Xətai rayonu, Əhmədli yaşayış massivi, M.Hadi küçəsi 23.24 məhəllə, 39 d saylı binanın sakinləri məlumat veriblər.

© Sputnik / Irade JELILBakıda daha bir neçə bina günəş işığına həsrət qalmaq təhlükəsi ilə üzləşib
Bakıda ikiillik müəmma həll olunur: Onların üzünə Günəş doğacaq - Sputnik Azərbaycan
Bakıda daha bir neçə bina günəş işığına həsrət qalmaq təhlükəsi ilə üzləşib

Onlar bildiriblər ki, 600 nəfərdən yuxarı sakinin kəskin etirazına baxmayaraq, 40 sotdan artıq bir ərazi iki ilə qədər müddətdir ki, tikintini aparan şirkət tərəfindən hasarlanıb. Sakinlər artıq hasarlanan ərazinin bir hissəsində iki göydələn ucaldıldığını, daha bir hündürmərtəbəli yaşayış binasının isə bünövrəsinin qazıldığını söyləyiblər. 39 d saylı binanın sakini Teymur Mahmudov Sputnik Azərbaycan-a bildirib ki, hasarlanan ərazidə yeni binalar inşa olunarsa, sakinlər Günəş işığına həsrət qalacaqlar: "Cənab Prezident İlham Əliyev də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən paytaxtda aparılan nizamsız tikililər məsələsinə toxunub. Binaların yaxın məsafədə inşa olunması problemi ilə bağlı tapşırıqlarını verib. Biz Prezidentimizə təşəkkür edirik ki, hər bir vətəndaşın qayğısına qalır. Hasarlanan ərazi yaşıllıq sahəsi idi. Burada yaşayan sakinlər asudə vaxtlarında həmin yaşıllıq ərazidə istirahət edirdilər. Bura hasarlanandan biz bir ağac tapmırıq ki, kölgəsində dincələk. Siz özünüz də şahidsiniz ki, bu qədər sakinin yaşadığı binanın həyəti yoxdur ki, uşaqlar oynasınlar. Biz ümid edirdik ki, bu yaşıllığı abadlaşdırıb yaxınlıqdakı binaların sakinlərinin istirahət parkına çevirərlər. Amma əksinə, ağacları qırdılar, yaşıllığı məhv edib yerində yaşayış binası ucaltdılar. Bunu sosial şəbəkədə ictimailəşdirməyimizə baxmayaraq, heç bir aidiyyəti qurum "yaşıl soyqırım"ın qarşısını almadı".

© Sputnik / Irade JELILBakıda daha bir neçə bina günəş işığına həsrət qalmaq təhlükəsi ilə üzləşib
Bakıda ikiillik müəmma həll olunur: Onların üzünə Günəş doğacaq - Sputnik Azərbaycan
Bakıda daha bir neçə bina günəş işığına həsrət qalmaq təhlükəsi ilə üzləşib

Sakin T.Mahmudov deyir ki, ərazidəki 204 saylı uşaq bağçasının qarşısında hər gün nəqliyyat sıxlığı yaşanır: "Siz də şahidsiniz ki, binanın ətrafında şəxsi avtomobillər çoxdur. Üstəlik, bağçaya gələn valideynlər də burada avtomobil park edirlər. İndi siz düşünün ki, bizim yaşadığımız binanın qarşısında daha bir yaşayış binası tikilir. Burada sıxlıq dözülməz həddə çatacaq. Ümid edirik ki, cənab Prezidentin sərəncamı ilə Xətai rayonuna yeni təyin olunmuş icra başçısı Rafiq Quliyev bu problemin aradan qaldırılmasında bizə dəstək olacaq. Prezident də qeyd edib ki, Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir".

Sputnik Azərbaycan-ın araşdırması nəticəsində məlum olub ki, hasarlanan ərazidə artıq ikibloklu yaşayış binası inşa olunub. Digərlərinin inşa edilməsi üçün isə hasarlanan ərazidə yeni çoxmənzilli binanın bünövrəsi qazılıb.

Sputnik Azərbaycan-ın sözügedən ünvanda yaşayış binasının inşası ilə bağlı sorğusuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən cavab isə nikbindir. Komitənin mətbuat katibi Ramiz İdrisoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qeyd edilən ərazidə tikinti işlərinin aparılması ilə bağlı Komitəyə müraciət olunub. Lakin Komitə tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməyib.

© Sputnik / Irade JELILBakıda daha bir neçə bina günəş işığına həsrət qalmaq təhlükəsi ilə üzləşib
Bakıda ikiillik müəmma həll olunur: Onların üzünə Günəş doğacaq - Sputnik Azərbaycan
Bakıda daha bir neçə bina günəş işığına həsrət qalmaq təhlükəsi ilə üzləşib

Sakinlər isə tikinti üçün nəzərdə tutulan ərazinin hasarı sökülməyənə qədər həmin ünvanda daha bir göydələnin ucaldılacağı ilə bağlı narahatlığın qaldığını söyləyirlər. Sakin T.Mahmudov deyir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin binanın inşasına icazə verməməsi xəbəri onları sevindirir: "Biz sevinirik ki, Komitə sakinlərin səsinə səs verdi. Deməli, cənab Prezidentin tapşırıqları yerinə yetirilir. Biz cənab Prezidentə də, Komitə rəhbərliyinə də minnətdarıq. Tikinti üçün nəzərdə tutulan ərazinin hasarı da sökülsə, tam rahat olarıq!"

Qeyd edək ki, Prezident İlham Əliyev Eldar Əzizovu qəbul edərkən sakinləri gün işığından məhrum edən tikinti şirkətlərini sərt tənqid edib. O bildirib ki, bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur: "Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni, bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin".

© Sputnik / Irade JELILBakıda daha bir neçə bina günəş işığına həsrət qalmaq təhlükəsi ilə üzləşib
Bakıda ikiillik müəmma həll olunur: Onların üzünə Günəş doğacaq - Sputnik Azərbaycan
Bakıda daha bir neçə bina günəş işığına həsrət qalmaq təhlükəsi ilə üzləşib

Dövlətimizin başçısı daha sonra bildirib ki, bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar".

Xəbər lenti
0