CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya dini liderlərinin sammitində Bakı Bəyannaməsi qəbul edildi

Abunə olmaq
Sammit ərzində səsləndirilmiş fikir və təkliflər əsasında gəlinmiş qənaətlər yekun sənəddə müddəalar şəklində əksini tapıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 noyabr - Sputnik. Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib. Sputnik Azərbaycan xəbər verir ki, yekun sənəddə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi xüsusi vurğulanıb.

Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət və elm xadimlərinin görüşləri və fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq ifadə olunub.

Sammit ərzində səsləndirilmiş fikir və təkliflər əsasında gəlinmiş qənaətlər yekun sənəddə müddəalar şəklində əksini tapıb.

Xəbər lenti
0