02:20 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
49 0 0

Vergi Məcəlləsinə bu dəfə təklif edilən dəyişikliklər miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir.

BAKI, 14 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində iqtisadi inkişaf Vergi Məcəlləsinə dəyişiklikləri zəruri edir: "Vergi Məcəlləsinə bu dəfə təklif edilən dəyişikliklər miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir. Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur. Dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır. Burada, həmçinin şəffaf fiskal, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatların, vergidən yayınmaların qarşısının alınması və digər məsələlərlə bağlı kompleks tədbirlər nəzərdə tutulur. Hələ də əmtəəsiz əməliyyatlar həyata keçirilir ki, bu da iqtisadiyyatda şəffaflığın təmin edilməsinə maneə törədir. Dəyişikliklər bütün bu halların aradan qaldırılmasını nəzərdə tutur".

Komitə sədrinin sözlərinə görə, dəyişikliklər hazırlanarkən dünya ölkələrinin qabaqcıl təcrübələrindən istifadə olunub: "Bu dəyişikliklər, eyni zamanda vergi sisteminin təkmilləşdirilməsinə, vergi yükünün azaldılmasına, sahibkarların uzun illərdir qaldırdıqları məsələlərin həll edilməsinə öz müsbət təsirini göstərəcək".

İqtisadiyyat naziri Mikayıl Cabbarov diqqətə çatdırıb ki, vergi islahatlarının həyata keçirilməsində xüsusi diqqət yetirilən məqamlardan biri iqtisadi fəallığın təşviq edilməsidir: "2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında artım 44 608 təşkil edib. Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayında 32, 9 faiz artım olub ki, bu da say etibarilə 5941 ƏDV ödəyicisi edir. Obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb".

Müzakirələrdən sonra "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

Əsas mövzular