CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев и Первая леди Мехрибан Алиева приняли участие во II Саммите мировых религиозных лидеров в Баку
Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева приняли участие во II Саммите мировых религиозных лидеров в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 noyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Dünya Dini Liderlərinin II Bakı sammitində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni Dünya Dini Liderlərinin II Bakı Sammiti çərçivəsində təqdim olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilir.

 

Xəbər lenti
0