CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonşuların qəniminə çevrilmiş şəxs saxlanılıb

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Həsənovun başqa analoji cinayətlərdə əlinin olub-olmaması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

BAKI, 14 noyabr — Sputnik. Mingəçevirdə qonşularının evindən oğurluq edən şəxs saxlanılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən zərərçəkənlər fərdi yaşayış evlərindən oğurluq edilməsi barədə məlumat veriblər.

© AR Ministry of Internal AffairsMingəçevirdə fərdi yaşayış evlərindən oğurlanan əşyalar
Qonşuların qəniminə çevrilmiş şəxs saxlanılıb - Sputnik Azərbaycan
Mingəçevirdə fərdi yaşayış evlərindən oğurlanan əşyalar

Daxil olmuş müraciətlər əsasında Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Anar Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib. Ətrafında aparılan araşdırmalar nəticəsində A.Həsənovun bir neçə gün öncə daha 3 qonşusunun evindən oğurluq etdiyi məlum olub. Qeyd edək ki, saxlanılan şəxs mənzillərdən əsasən məişət əşyaları, televizorlar və təmir-tikinti alətləri oğurlayıb.

© AR Ministry of Internal AffairsMingəçevirdə 4 qonşusunun evindən oğurluq edən Anar Həsənov
Qonşuların qəniminə çevrilmiş şəxs saxlanılıb - Sputnik Azərbaycan
Mingəçevirdə 4 qonşusunun evindən oğurluq edən Anar Həsənov

A.Həsənovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun oğurladığı əşyaları ayrı-ayrı şəxslərə satdığı məlum olub. Həmin şəxslər də müəyyən olunaraq Polis Şöbəsinə dəvət ediliblər. Polislər tərəfindən onlarla profilaktik söhbətlər aparılaraq xəbərdarlıq ediliblər. Həmin əşyalar isə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalar aparılır. Anar Həsənovun başqa analoji cinayətlərdə əlinin olub-olmaması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0