CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gender faciəsinə aparan yola necə sədd çəkməli - Təşviq, yoxsa cəza

© AFP 2023 / LOIC VENANCEБеременная женщина, фото из архива
Беременная женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kim Rıjovun populyar sovet mahnısından fərqli olaraq, Azərbaycanda bu gün hər on qıza doqquz oğlan düşmür.

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Qadınlar ödənişli analıq məzuniyyətinə nə vaxt çıxacaqlarını özləri müəyyən edəcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ "Azərbaycanda doğulacaq uşağın cinsinin seçilməsinin qarşısının alınmasına dair 2019-2022-ci illər üçün Milli Fəaliyyət Planı" (bundan sonra - Plan) çərçivəsində hazırlanmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinə edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edək ki, sözügedən Milli Fəaliyyət Planı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb. BMT-nin Əhali Fondunun dəstəyi ilə hazırlanan bu Plan aidiyyəti orqanlarla razılaşdırılaraq artıq Hökumətə təqdim olunub.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Qubada dəhşətli hadisə: Doqquz aylıq hamilə qadın intihar etdi

Doğulanlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması üçün Planda aidiyyəti dövlət orqanları, sosial tərəfdaşlar, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə birgə həyata keçiriləcək kompleks tədbirlər əksini tapır.

Sənəddə həmçinin Azərbaycanda qız və qadınların sosial hüquqlarının qorunmasının gücləndirilməsindən bəhs edilir.

Milli Planın hazırlanmasında bir neçə dövlət qurumunun mütəxəssisləri iştirak ediblər. Sənəd artıq tam hazırdır və təsdiq üçün respublikanın Nazirlər Kabinetinə göndərilib.

Sənəddə qadınlara uşağın doğumuna görə ödənişli məzuniyyətin nə vaxt verilməsi ilə bağlı hüquqlarını özlərinin seçməsi tövsiyə olunur. Bu dövr qanuna əsasən 126 təqvim günüdür, adətən hamiləliyin 7-ci ayından başlayır və doğuşdan sonrakı 2 aylıq dövrü əhatə edir.

Bununla birlikdə, Məcəlləyə edilən dəyişikliklər doğuşdan dərhal sonra analıq məzuniyyətinə icazə verir və bununla da körpəyə qulluq müddətini daha iki ay uzadır. Digər bir yenilik, kişilər üçün ödənişli atalıq məzuniyyətinin verilməsinə aiddir: mövcud qanunvericilik belə bir fürsəti istisna etməsə də, indiyə qədər az adam bu təklifdən yararlanıb. İndi atalara daha əlverişli şərait yaratmaq təklif olunur.

Женщина с новорожденным в родильном доме, фото из архива - Sputnik Azərbaycan
Erkən hamiləliklə bağlı xəbərdarlıq - ölüm qaçılmazdır

Maraqlıdır ki, bu güzəştlər qızların doğuşunu təşviq etmək üçün hərtərəfli kampaniyanın başlanğıcının yalnız bir hissəsidir. Rəsmilər gələcəkdə qadınların təhsili və işləmələri üçün daha çox imkanlar yaratmaq niyyətindədirlər.

"Statistikaya görə, hər səkkiz qıza doqquz oğlan düşür..."

Kim Rıjovun məşhur sovet mahnısından fərqli olaraq, Azərbaycanda on qıza doqquz oğlan düşmür.

Azərbaycanda yeni doğulmuş körpələr arasında oğlanların payının davamlı artımı 1990-cı illərdən başlayaraq özünü göstərib: 2000-ci ildə doğulanlar arasında hər 100 qıza 115 oğlan düşürdüsə, 2003-cü ildə bu göstərici 118-ə çatıb, 2017-ci ildə 114-ə enib, 2018-ci ildə isə yenidən 115 təşkil edib".

Bəzi iqtisadi rayonlarda doğum ardıcıllığına görə 2-ci uşaqlar arasında cins nisbəti pozulmasa da, doğulan 3-cü uşaqlar arasında cins nisbətinin pozulduğu qeyd edilib. 2015-2017-ci illərdə Azərbaycanda reproduktiv davranışın xüsusiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə 3 iqtisadi rayonda (Şəki-Zaqatala, Aran və Lənkəran) 15-49 yaşlı qadınlar arasında aparılmış sorğu zamanı müəyyən edilib ki, ailədə qız və oğlan uşaqlarının sayı onların müvafiq doğum ardıcıllığına görə dəyişir".

Reanimasiya, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Boğulma izləri olan hamilə qadın reanimasiyadadır - Rəsmi

Hal-hazırda respublikada hər doğulan 115 oğlan uşağına 100 qız düşür. Son vaxtlara qədər Çində oxşar vəziyyət hökm sürürdü. Ancaq gördüyünüz kimi, Azərbaycan birinciliyi qazanaraq Çinin reytinqini aşağı salıb.

Bu gün ölkədəki doğum evlərində çalışanlar da bu disbalansdan danışırlar. Qeyd edək ki, qanunla hamiləliyin yeddinci həftəsindən sonra abort etmək qadağandır. Bu müddətdən sonra hamiləliyin süni şəkildə dayandırılması xəstəxanalarda aparılır və yalnız tibbi göstərişlər olduqda həyata keçirilir.

Abortla bağlı statistika olmadığından, selektiv abortun populyarlığından danışmaq rəsmi olaraq mümkün deyil. Ancaq yeni doğulmuşlar arasında oğlan uşaqlarının üstünlük təşkil etməsini də təsadüflərlə izah etmək mümkün deyil. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 66687 uşaq dünyaya gəlib. Bunlardan 53,4%-i oğlanlar, 46,6%-i qızlardır. O cümlədən, 1.478 min əkiz və 36 üçəm dünyaya gəlib.

Bu rəqəmlər ailə institutu üçün mənfi nəticələrə zəmanət verən gender bərabərsizliyi probleminin kəskinləşdiyini göstərir. Beləliklə, gələcəkdə hər bir Azərbaycan sakininin öz yarının olması üçün bu gün yerli mütəxəssislər avropalı həmkarlarının dəstəyi ilə Milli Fəaliyyət Planını hazırlayıblar.

"Hazırda qadınların reproduktiv sağlamlığı ilə əlaqədar kompleks tədbirlər görülür: təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, cəmiyyətdə qadınların rolunun artırılması, uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur". Bu sözləri Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Rəna Abdullayeva deyib.

Центр Баку - Sputnik Azərbaycan
Əhalimizin sayı azalır - Günahkar isə olmayan üçüncüdür

Onun sözlərinə görə, bu yaxınlarda rəsmilər qızların doğulduğu ailələrə maddi yardımın mümkünlüyünü müzakirə ediblər. Lakin sonradan ekspertlər bu təşəbbüsün praktik olmadığı və bahalı olduğu qənaətinə gəliblər.

"Bu, artıq oğlanlara qarşı ayrıseçkilikdir. Əgər ailədə qız uşağı doğulubsa, onun tərbiyəsinə bir oğlan uşağının tərbiyəsi üçün xərclənən pul qədər pul xərclənir. Xərclər demək olar ki, eynidir. Bu təklif ətrafında çoxlu mübahisə yaranıb, amma bildiyimə görə, bu məsələ sənədlərə daxil edilməyəcək. Maliyyə Nazirliyinin rəyini gözləyirik", - deyə nazirliyin rəsmisi bildirib.

Milli Plana əsasən qızlara təhsil və karyera yüksəlişi üçün daha çox imkanlar vermək istəyirlər. Mütəxəssislər qızlara daha çox pullu peşələri seçməkdə köməklik göstərilməsini təklif edirlər. Təkliflər arasında həmçinin qızlara ünvanlı tələbə təqaüdü vermək, özəl və dövlət sektorlarında onların rəhbər vəzifələrə girişini təmin etmək də var. Öz növbəsində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisə və bələdiyyələrə seçkilərdə qadın namizədlər üçün kvotanın artırılmasına nəzarət etməlidir.

Bundan əlavə, rəsmilər qız uşaqlarının dünyaya gətirilməsini populyarlaşdırmaq üçün din xadimləri, yerli telekanalları və qeyri-hökumət təşkilatlarını təbliğat kampaniyalarına cəlb etməyi düşünürlər. Milli Plan layihəsinin tövsiyələrində ən azı bunlar yazılıb.

Xəbər lenti
0