CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis taleyüklü qanun layihəsini qəbul edib

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджана
Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır

BAKI, 13 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, müzakirələrdən sonra dövlət büdcəsi birinci oxunuşda qəbul edilib.

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2020-ci il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 14 339 200,0 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, parlamentin iclası sabah da davam edəcək. İclasının gündəliyinə 2020-ci il üçün yaşayış minimumu haqqında", "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları daxildir.

Xəbər lenti
0