CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanların nəzərinə

© Photo : State Examination Center of the Republic of AzerbaijanTest imtahanı, arxiv şəkli
Test imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Topluya daxil edilən test tapşırığı nümunələri imtahanda yoxlanılan bilik sahələri üzrə proqramlar əsasında inzibati vəzifə qrupları (AA, AB, AC, BA və BB) üzrə keçirilən test imtahanı modelinə uyğun hazırlanıb.

BAKI, 13 noyabr — Sputnik. Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşan namizədlərə metodik köməklik məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış "Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat" metodik vəsaitinin və "500 test tapşırığı" adlı test toplusunun təkrar nəşrləri həyata keçirilib.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, metodik vəsait dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulub. Vəsait dörd hissədən ibarətdir. Birinci hissəyə müsabiqə üzrə test imtahanı mərhələsinə, ikinci hissəyə isə müsahibə mərhələsinə hazırlaşanlar üçün tövsiyələr və zəruri elmi-metodik materiallar daxil edilib. Vəsaitin üçüncü hissəsində namizədlərin test imtahanına öz hazırlıq səviyyəsini müəyyənləşdirməsi üçün imtahanda yoxlanılan bilik sahələrinə aid test tapşırığı nümunələri və onların düzgün cavabları, dördüncü hissədə isə digər zəruri materiallar verilib.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİM Prezident təqaüdçüləri barədə məlumatları açıqladı

Test toplusu dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlar üçün nəzərdə tutulub. Topluya test tapşırığı nümunələri, onların düzgün cavabları və digər zəruri materiallar daxil edilib. Topluya daxil edilən test tapşırığı nümunələri imtahanda yoxlanılan bilik sahələri üzrə proqramlar əsasında inzibati vəzifə qrupları (AA, AB, AC, BA və BB) üzrə keçirilən test imtahanı modelinə uyğun hazırlanıb.

Metodik vəsaiti və test toplusunu DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.

Xəbər lenti
0