CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Agentlik ana ölümü ilə bağlı məlumat yaydı

© AFP 2023 / WANG ZHAOБеременная женщина, фото из архива
Беременная женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gülanə Əliyeva M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik şöbəsində uşaq dünyaya gətirib. Ananın ölümü doğuşdan sonra baş verib

BAKI, 12 noyabr — Sputnik. 8 noyabr 2019-cu il tarixində Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikincili hamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişi ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Yevlax rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı patologiyalar aşkarlanmışdır. Tibbi təlimata əsasən, o, həmin gün təcili tibbi yardım maşını ilə həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik şöbəsinə göndərilib. 10 noyabr 2019-cu il tarixində G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib. Ananın ölümü doğuşdan sonra baş verib. 

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir. 

Xəbər lenti
0