CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq

Abunə olmaq
Şimal küləyi əsəcək, sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək

BAKI, 12 noyabr — Sputnik. Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək.

Payız havası, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yağışlar qayıdır - hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək, küləyin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi, əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Xəbər lenti
0