CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağışlar qayıdır - hava proqnozu

CC0 / Lars_Nissen_Photoart / autumnPayız havası, arxiv şəkli
Payız havası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin günün ikinci yarısında arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a bildirilib ki, havanın temperaturu  Abşeron yarımadasında gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında:

Noyabrın 13-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz:

Noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0