12:07 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident İlham Əliyev bir sıra rayonlarda icra başçılarını dəyişdi

© Official website of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
122 0 0

Bakının iki rayonunda, eləcə də Şirvan şəhəri və Zərdab rayonunda Prezidentin Sərəncamı ilə icra başçıları dəyişdirilib

BAKI, 12 noyabr — Sputnik. Bu gün bir neçə rayonun icra başçıları dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mərdan Talıb oğlu Camalov isə onun əvəzinə Zərdab Rayonuna icra başçısı təyin edilib.

Prezidentin digər sərəncamlarıyla İlqar Namaz oğlu Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Şirvan şəhər icra başçısı təyin edilib. 

Həmçinin Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Prezidentin Sərəncamıyla Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin, Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.

Əsas mövzular