CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyanın əsas din xadimi Bakıya gəlir

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidПатриарх Московский и всея Руси Кирилл, архивное фото
Патриарх Московский и всея Руси Кирилл, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Səfəri çərçivəsində patriarx Kirill həmçinin Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Başkilsəsində olaraq xeyir-dua verəcək

BAKI, 11 noyabr — Sputnik. Moskvanın və bütün Rusiyanın patriarxı Kirill noyabrın 14-də Bakıya səfərə gələcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, paytaxtımızda dünyanın dini liderlərinin sammitində iştirak edəcək.

Səfəri çərçivəsində patriarx Kirill həmçinin Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Başkilsəsində olaraq xeyir-dua verəcək.

Noyabrın 14-15-də Bakıda dünya dini liderlərinin II sammiti keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam hacı Allahşükür Paşazadənin 70 illiyinə və onun QMİ-yə rəhbərliyinin 40 illiyinə həsr olunmuş sammitə dünyanın müxtəlif ölkələrindən 200-dək din xadiminin gələcəyi gözlənilr. Sammitin təşkilatçısı QMİ və Azərbaycan hökumətidir.

Xəbər lenti
0