CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyalı müğənni Alsu Azərbaycan kəndində necə toy-bayrama səbəb oldu - FOTO

© Sputnik / Maksim Blinov / Mediabanka keçidПевица Алсу
Певица Алсу  - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxda min evdən ibarət kənd bapbalaca bir qız uşağı üçün əsl bayram təşkil elədi. Onun adı Alsudur

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Qazax rayonu Yuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsində kiçik Alsunun on beş illik həsrətə son qoyması bütün kənddə bayram ab-havası yaradıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə körpənin 40 gününün tamamında min evli Salahlının, demək olar, hər birinin iştirak etdiyi el şənliyinə çevrilib. Oynayan, oxuyan, şənlənən bu insanlar 2004-cü ildə ailə quran Ceyhun və Şahnisənin övlad sevincini bölüşüblər.

© Sputnik / Ilham MustafayevYuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsi
Rusiyalı müğənni Alsu Azərbaycan kəndində necə toy-bayrama səbəb oldu - FOTO - Sputnik Azərbaycan
Yuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsi

Ailə üzvlərilə söhbət əsnasında bu illərin o qədər də asan keçmədiyini bildiriblər. Övlad yoxluğu daim söz-söhbətlərə səbəb olub. Lakin Ceyhun və Şahnisə hər şeyə rəğmən ailə bütövlüyünü qoruyaraq səbrlə möcüzənin baş verəcəyinə inanıblar. Bu yolda üz tutmadıqları həkim, almadıqları müalicə qalmayıb. Cütlüyün iradəsi və inamı sonda möcüzə kimi qəbul etdikləri övladlarının dünyaya gəlməsilə nəticələnib.

Məmmədovlar ailəsinin böyük övladı olan Ceyhun Məmmədov sevərək ailə qurub. Bütün narazılıqlara baxmayaraq ailəsini dağıtmamaqda qərarlı olub. O, uzun illər övlad həsrətilə yaşamağın çətinliklərindən danışıb.

“Həmişə övlad arzusuyla yaşamışıq. Çox sınaqlardan çıxdıq. Çox səbr etməli olduq. Nəticədə Allah bizə arzuladığımız övladı nəsib etdi. Allah bütün uşaq həsrətilə yaşayanları arzusuna çatdırsın”, - deyə hisslərini ifadə edib.

C.Məmmədovun arzularından biri də qız övladı olarsa, ona pərəstişkarı olduğu rusiyalı müğənni Alsunun adını qoymaq olub. O səbəbdən böyük sevincin kiçik səbəbkarını Alsu adlandırıb.

© Sputnik / Ilham MustafayevRusiyalı müğənni Alsu Azərbaycan kəndində toy-bayrama səbəb oldu
Rusiyalı müğənni Alsu Azərbaycan kəndində toy-bayrama səbəb oldu - Sputnik Azərbaycan
1/3
Rusiyalı müğənni Alsu Azərbaycan kəndində toy-bayrama səbəb oldu
© Sputnik / Ilham MustafayevYuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsi
Yuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsi - Sputnik Azərbaycan
2/3
Yuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsi
© Sputnik / Ilham MustafayevYuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsi
Yuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsi - Sputnik Azərbaycan
3/3
Yuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsi
1/3
Rusiyalı müğənni Alsu Azərbaycan kəndində toy-bayrama səbəb oldu
2/3
Yuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsi
3/3
Yuxarı Salahlı kəndində yaşayan Məmmədovlar ailəsi

Ceyhunun həyat yoldaşı Şahnisə də eyni kənddəndir. 1996-cı ildə atasının, ondan bir neçə il sonra anasının ölümüylə barışmalı olub. Ailə quraraq bütün bədbinlikləri keçmişdə qoymaq istəyi 15 il gözündə qalıb. Bütün bunlara rəğmən kiçik Alsunun onun həyatında necə bir sevincə səbəb olduğunu sözlə ifadə etmək asan deyil. Hər vəchlə ailəsinin dağılmamasına çalışan Şahnisə səbr və dua edərək bu günün ona bəxş ediləcəyi günü gözləyib. Bu günə səbr və dua ilə qovuşduqlarını bildirib:

"Bunu yaşayan bilər. Çox çətin oldu gözləmək. İnanmaq və səbr etmək lazımdır. Çox müalicə aldıq. Müalicəylə bərabər, səbr, dua və inam bizə mələyimizi bəxş etdi. Arzum budur, heç kimin qucağı boş qalmasın. Allah istəyən hər kəsə nəsib etsin bu hissi".

Qeyd edək ki, Məmmədovlar ailəsinin yeni doğulan körpəyə qədər 3 oğul, 2 qız nəvəsi var.

Xəbər lenti
0