CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mətbəxdə divan qoyub oturmayın, bu, fen-şuy deyil, həyatda qalmağın bir yoludur

Abunə olmaq
Əgər qapı kip örtülürsə, pəncərə gözlüyü qapalıdırsa, içəridə yanan hava yanıb qurtarır, hava çatışmazlığından dəm qazı yaranır. Dəm qazı otağa dolur və orada olan şəxsi 7-30 dəqiqə ərzində zəhərləyərək öldürür

İradə Cəlilova Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. Payızı eyni zamanda dəm qazından zəhərlənmələr mövsümü də adlandırmaq olar. Səssiz ölüm adlanan bu kabus hər il ölkəmizdə onlarla insanın həyatına son qoyur. Dəm qazı problemini necə aradan qaldırmaq olar? Dəm qazının yaranmasının səbəbləri nədir?

Газовая плита - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qış gəlməmiş qaz qəhətə çıxıb - soyuqdan qorxaq, partlayışdan?

Sputnik Azərbaycan bu mövzuya aydınlıq gətirməyə çalışıb.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, evlərdə istifadə edilən qaz metan (CH4) qazıdır. Onun yana bilməsi üçün 9,5 kub metr hava olmalıdır. Hava çatmadığı zaman və ya həddən çox olduğu zaman karbon 4 oksid (CO2) əvəzinə karbon monoksid (CO) ayrılır. CO - karbon monoksid olduqca zəhərli qazdır və insanı da bu zəhərləyir.

Onun sözlərinə görə, dəm qazı köhnə, kustar üsulla hazırlanmış və düzgün quraşdırılmamış sobaların nasazlığı nəticəsində meydana gəlir.

"Dördgözlü sobalarda qaz balaca dəlik - soplodan keçir. Bu sistem elə qurulub ki, qaz soplodan keçdiyi zaman hava ilə birləşib keçir. Bu sobalar 6 aydan bir profilaktik yoxlamadan keçirilməlidir. Bu dəliklər süd daşması, çay, yemək daşması və yaxud təmizlənən zaman tutula bilir. Bu zaman yanma prosesi pozulur. Yanma prosesi pozulan zaman CO2, yəni karbon 4 oksid əvəzinə karbon monoksid yaranır. Dəm qazı adlanan qazın yaranma prosesinin elmi yanaşması budur", - deyə ekspert bildirib.

O əlavə edib ki, hazırda ölkədə 1 milyona yaxın qeyri-standart cihazlar var. Divar sobaları, kərpic sobalar, "ceyran" sobaları, odun sobaları, kustar üsulla hazırlanmış digər qızdırıcı sobalar var. Bunlar hamısı yüksək təhlükə mənbəyidir. İlk növbədə onların dəyişdirilməsi haqqında düşünülməlidir.

N.Qasımov hesab edir ki, hazırda evlərdə profilaktik yoxlamalar arxivə atılıb. Bu işlə kimsə məşğul olmur. "Azəriqaz" sadəcə sayğacların girişinə qədər olan ərazinin təhlükəsizliyinə nəzarət edir: "Bəzi ölkələrdən gətirilən sobalara Azərbaycanda zəmanət verilmir. Yəni ölkəyə sobalar gətirilir, amma zəmanəti kim yerinə yetirməlidir - bu, məlum deyil. Bundan əlavə, sobaları quraşdıran ustaların lisenziyası olmalı və o, nəzarətdə olmalıdır. Bu proseslərin heç biri getmir və hər şey istehlakçının üzərinə düşür".

Tüstü bacalarının təmizlənməsi məsələsinə gəldikdə isə N. Qasımov bildirib ki, tüstü bacalarına yuxarıdan "kirpi" deyilən alət buraxılır, baca təmizlənir: "Çünki yay müddətində orada quşlar yuva qura, heyvanlar düşüb ölə bilər. Bu da işləməyəndə yanma məhsulları çölə atılmır. Qalır içəridə, zəhərli qaza çevrilir. Qızdırıcılar rübdə bir dəfə təmizlənməlidir. Bu işlə məşğul olan qurum yoxdur. Bir MMC var, onlar da çağırılanda gəlir və xidməti 8 manata həyata keçirirlər. Bunu isə hər kəs edə bilmir. Bu, bir səbəbdir. Digər bir səbəb isə qızdırıcı cihazların quraşdırılma yerinin təyin edilməsidir. Qızdırıcı cihazları harada oldu quraşdırmaq olmaz. Bunun üçün Fövqəladə Hallar Nazirliyindən icazə alınmalıdır".

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bir ailənin dörd üzvü zəhərləndi

Ekspert bildirib ki, hamam otağının həcmi 7,5 kubmetr olmalıdır. Otaqların qapısı çölə açılmalı, qapının alt hissəsində havanın keçməsi üçün dəliklər olmalıdır. Əgər qapı kip örtülürsə, pəncərə gözlüyü qapalıdırsa, içəridə yanan hava yanıb qurtarır, hava çatışmazlığından dəm qazı yaranır. Dəm qazı hamama dolur və orada olan şəxsi 7-30 dəqiqə ərzində zəhərləyərək öldürür.

Onun sözlərinə görə, vanna otaqlarının təbii işıq mənbəyi olmalıdır və o, daima açıq olmalı, tüstü bacaları saz vəziyyətdə olmalıdır: "Bu, çox böyük, çətin məsələdir. Bəzən deyirlər, qaz zəhərlidir. Qaz zəhərli olsa, ölüm kütləvi olar. Deməli, burada problem cihazlardadır".

Mütəxəssis vurğulayıb ki, dəm qazından zəhələnmə zamanı şəxs huşunu itirir, özünü idarə edə bilmir, rəngi solur və dünyasını dəyişir. Vaxtında tibbi yardım göstərilməsə, həmin şəxsləri xilas etmək mümkün olmur.

Dəm qazından zəhərlənmənin başqa fəsadları da var. Belə ki, zəhərlənən şəxslər ölümdən xilas olsa belə, sonradan huşsuzluq, yaddaşın itirilməsi və ya daha ağır şikəstliklər yaşaya bilərlər.

"İlkin yardım zamanı zəhərlənən şəxs havaya çıxarılmalı, ayaqları suya qoyulmalı, ona qan dövranının sürətlənməsi üçün şərab verilməli və ağzına tənzif tutaraq süni nəfəs verilməlidir. Əgər zəhərlənən şəxsin ürəyi dayanıbsa, ürək masajı etmək lazımdır", - deyə N. Qasımov əlavə edib.

Nüsrət Qasımov tüstü bacalarının yoxlanılması barədə də məlumat verib. O bildirib ki, tüstü bacasının təmiz olduğunu yoxlamaq üçün kibriti və ya kağız parçasını yandıraraq, tüstü bacasının evdə olan dəliyinə tutmaq lazımdır. Əgər alov şaquli tərəfə meyllənirsə və ya hərəkətsiz qalırsa, deməli, baca xarabdır və ya təmizlənməlidir.

Eyni zamanda mütəxəssis dəm qazının yoxlanılması məqsədilə müxtəlif cihazların satıldığını da vurğulayıb: "Monoksid cihazlar var. Bu cihazlar divara yapışdırılır. 

Газовая плита на кухне, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Dəm qazı kabusu gəlir – FHN rəsmi açıqlama yaydı
Dəm qazı hasil olan kimi onun ekranına dəyir və səs siqnalı çıxarır. Bu cihazlardan almaq mütləq lazımdır. Azərbaycanda mağazalarda qaz sızmasını yoxlayan xüsusi detektorlar var və 35 manata satılır. Evdə qaz sızması olduğu zaman səs siqnalı vasitəsilə sayğaca siqnal ötürür və qazın verilməsi dərhal dayandırılır. Bunlar hamısı icbari şəkildə olmalıdır".

Ekspert onu da əlavə edib ki, mətbəxdə divan qoyub uzun müddət oturmaq qadağandır. Mətbəxlərin həcmi 15 kubmetr olmalı, hündürlüyü 220 sm, pəncərə gözlüyü, ventilyasiya sistemi olmalı, qapı çölə açılmalı və ən əsası - xanımlarımız mətbəxdə işini bitirdikdən sonra qazı söndürməlidirlər.

Xatırladaq ki, bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyi də dəm qazı ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Xəbər lenti
0