CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lahıcda 228 il yaşı olan tarixi məscid təmir ediləcək

Abunə olmaq
Tapşırıq əsasında noyabr ayının 1-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, Bədöyün məscıdində arxeoloji tədqiqat işlərinə başlayıb

BAKI, 9 noyabr — Sputnik. Lahıcdakı acınacaqlı vəziyyətdə olan Bədöyün məscidinin əsaslı təmirinə qərar verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb.

Təmim əd-Darinin məzarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Köhnə məscid və məzar – Peyğəmbərin silahdaşı, yoxsa mif

Məlumatda bildirilir ki, oktyabr ayının 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lahıca səfər edib. Lahıclılarla görüş zamanı qəsəbənin ağbirçək sakini Püstə Əliyeva Mehriban xanıma Bədöyün məscidinin acınacaqlı vəziyyətdə olması haqqında məlumat verib. Sözügedən məscidi ziyarət edən Birinci xanım abidənin dərhal təmir edilməsi haqqında tapşırıq verib.

Tapşırıq əsasında noyabr ayının 1-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, Bədöyün məscidində arxeoloji tədqiqat işlərinə başlayıb. Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən, abidədə təmir işlərinə başlamazdan əvvəl arxeoloji tədqiqat işləri aparılmalıdır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəisi t.ü.f.d. Akif Quliyevin məlumatına görə, Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı kimi məsələlərə aydınlıq gətirəcək.

Şiə və sünnilərin birgə namaz qıldığı məscid: Orada qalan tələbələr dəli olurmuş...>>

Qeyd edək ki, abidə 1791-ci ildə inşa edilib. Abidənin üzərində səkkiz kitabə var. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri 1295-ci il (1878-ci il) və hicri 1323-ci (1905-ci il) tarixləri qeyd edilib.

Xəbər lenti
0