23:59 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Bakı Beynəlxalq Avtovağzal Kompleksi, arxiv şəkli

Avtovağzala axın artıb, amma hələ sıxlıq yoxdur

© BBAK-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
9 0 0

Göyçayda keçirilən Nar bayramı ilə bağlı bir qədər həmin istiqamətə sərnişin axını var, əlavə avtobuslara ehtiyac yarana bilər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Bakı Beynəlxalq Avtovağzalında sərnişin sıxlığı artıb.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

O bildirib ki, dünən Avtovağzaldan 13 minə yaxın sərnişin yola salınıb. O, ehtiyac olmadığı üçün xəttə əlavə avtobusların salınmadığını bildirib. P.Məmmədova bildirib ki, ən çox sərnişin sıxlığı Gəncə-Qırmızı Körpü, Mingəçevir, Quba-Qusar-Xaçmaz-Xudat istiqamətinə müşahidə olunub: "Beynəlxalq reyslərdə isə ən çox sərnişin Gürcüstana daşınıb. Bakı-Gürcüstan reysi üzrə mindən çox sərnişin axını olub. Hazırda sərnişin axını çox olsa da, sıxlıq müşahidə olunmur. Göyçayda keçirilən Nar bayramı ilə bağlı bir qədər həmin istiqamətə sərnişin axını var. Göyçaya və digər istiqamətlərə də ehtiyac yaranarsa, əlavə avtobuslar salınacaq".

Əsas mövzular