CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayrağımızın Dövlət Bayraq Meydanına qayıdacağı vaxt açıqlandı

© Sputnik / Murad OrucovDövlət Bayraq Meydanı
Dövlət Bayraq Meydanı - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən ilin iyun ayında Dövlət Bayraq Meydanındakı bayraq dirəyi təhlükəsizlik məqsədilə, texniki baxış aparılması üçün sökülüb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Bu gün Dövlət Bayrağı Günüdür. Bakıda bayram ab-havası müşahidə olunsa da, bayrağımızın bu bayram günündə Dövlət Bayraq Meydanında dalğalanmaması təəssüf doğurur.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında - Sputnik Azərbaycan
SİYASƏT
Çavuşoğludan Azərbaycana bayraq təbriki

Qeyd edək ki, ötən ilin iyun ayında Dövlət Bayraq Meydanındakı bayraq dirəyi təhlükəsizlik məqsədilə, texniki baxış aparılması üçün sökülüb. Həmin ərəfədə dirəyə texniki baxış keçirildikdən sonra yerinə bərpa ediləcəyi bildirilsə də, üzərindən bir ildən çox müddət keçməsinə baxmayaraq, bayraq dirəyindən bir xəbər yoxdur.

Bəs görəsən, bayrağımız Dövlət Bayraq Meydanına nə zaman qayıdacaq?

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət Bayraq Meydanındakı bayraq dirəyi texniki təhlükəsizlik məqsədilə Dövlət Bayraq Meydanında rekonstruksiya işləri aparıldığı üçün sökülüb: "Yaxın vaxtlarda üç rəngli bayrağımız yenidən Dövlət Bayraq Meydanında dalğalanacaq".

Prezident sosial şəbəkədə Bayraq Günü münasibətilə paylaşım edib>>

Məlumat üçün qeyd edək ki, Dövlət Bayrağı Meydanının yaradılması barədə 2003-ci il oktyabrın 5-də Prezident Sərəncam imzalayıb. Eyni zamanda Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalanıb. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində — Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bayraq meydanında ucaldılmış dayağın hündürlüyü 162 metr olub. Burada bir zamanlar asılan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram olub. Ginnesin dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Xəbər lenti
0