00:41 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Sürücülük vəsiqəsi, arxiv şəkli

Sürücülük vəsiqələrinə dəyişiklik edilir

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
98 0 0

Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürüləcək

BAKI, 9 noyabr — Sputnik. Nazirlər Kabineti "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" qərar verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürüləcək.

Əsas mövzular