CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi ərazilərdə qaz olmayacaq

© Sputnik / Elvin AhmadГазовая плита
Газовая плита - Sputnik Azərbaycan
Abunə olmaq
Xətai rayonunun NZS qəsəbəsi, Rəşid Bağırov, Yavər Əliyev, Aşıq Qurban, Süleyman Əhmədov, İlqar Həbibov küçələrində bir qrup abonentin qaz təchizatında fasilələr müşahidə olunacaq

BAKI, 9 noyabr — Sputnik. Noyabrın 9-da Xətai rayonu Zakir Yusifov küçəsində aparılacaq asfaltlama işləri çərçivəsində həmin yolda köhnə kəmərin yenisi ilə dəyişdirilməsi işləri icra ediləcək.

Sputnik Azərbaycan-a bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı səhər saat 09:00 radələrində başlanılacaq işlər zamanı Xətai rayonunun NZS qəsəbəsi, Rəşid Bağırov, Yavər Əliyev, Aşıq Qurban, Süleyman Əhmədov, İlqar Həbibov küçələrində bir qrup abonentin qaz təchizatında (təqribən dörd saat müddətinə) fasilələr müşahidə olunacaq.

Xəbər lenti
0