CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Su filtrləri təhlükə mənbəyidir" - qurum rəsmisi

© AFP 2023 / Martin BERNETTI Su kranı, arxiv şəkli
Su kranı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu filtrlərin reklamı ilə "Azərsu"nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur"

BAKI, 7 noyabr — Sputnik. Bakıda su filtrlərinin reklamı ilə "Azərsu"nun sakinlərə verdiyi suyu antireklam edirlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Sənədin verilməsi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda su ilə bağlı yeni sənədlər hazırlanır

O qeyd edib ki, halbuki bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir: “Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə "Azərsu"nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur".

Q.Hüseynov həmçinin korporativ binalarda suyun çirkli olması məsələsinə toxunub. O qeyd edib ki, korporativ binaların özlərinin su anbarları olur: “Su anbarları ən azı ildə bir dəfə təmizlənməlidr və yuyulmalıdır. Ancaq təəssüf ki, bir çox korporativ binalarda bunu etmirlər. Biz Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparırıq”.

Xəbər lenti
0