CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qış qapının ağzını kəsib, biz isə yenə də hazır deyilik

© Sputnik Anton UnitsyinПустые парты в школе, фото из архива
Пустые парты в школе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Monitorinqlər zamanı təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər görülür

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Bir neçə gün əvvəl paytaxtda havanın kəskin soyuması istilik verilməsi məsələsini gündəmə gətirib. Hamı bu qış istilik verilməsinin hansı səviyyədə olacağı, “Azəriqaz”la “Azəristiliktəchizat” arasında hansı problemlər yaranacağı üzərində düşünür.

Девушка у комнатного обогревателя, архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Köhnə binaların istilik dərdi - yaz gələr, yonca bitər

Sözsüz ki, bu məsələdə ən çox diqqət yetirməli olduğumuz sahə məktəblərlə bağlıdır. Çünki soyuq havada bir neçə saat buz kimi otaqda oturmaq körpələrin səhhətinə pis təsir edir, məktəblilər arasında mövsümi və qeyri-mövsümi xəstəliklərin yaranmasına gətirib çıxarır.

Sputnik Azərbaycan paytaxt məktəblərinin qış mövsümünə hazırlığını və istiliyin hava şəraiti ilə əlaqədar vaxtından əvvəl verilməsinin nə dərəcədə mümkün olduğunu araşdırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildiriblər ki, ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə hər il noyabrın 15-dən başlayır. Cari ildə də təhsil müəssisələrinin istilik təminatına noyabr ayının 15-dən başlanacaq: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2019-2020-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə ilkin monitorinqlər aparılıb. Monitorinq zamanı qazanxanalar, istilik xətləri, radiatorlar yoxlamadan keçirilib və bir sıra nöqsanlar aşkarlanıb. Tüstü borularının təmizlənməsinə, sıradan çıxmış radiatorların, dövriyyə nasoslarının dəyişdirilməsinə, istilik xətlərinin yenilənməsinə və bəzi məktəblərin qazanxanalarında qazın təzyiqinin artırılmasına olan ehtiyaclar ümumiləşdirilərək bu barədə müvafiq qaydada müraciət olunub. Monitorinqlər zamanı təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində hazırda təxirəsalınmaz işlər görülür. İstilik sistemləri işə düşdükdən sonra əlavə olaraq hər hansı problem yaranarsa, səbəbi müəyyənləşdirilərək aradan qaldırılacaq".

Eyni zamanda bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 137-si "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 168-i fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Qazanxa, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstilik probleminiz yarananda bu yazını yada salın: yeni sistemə çox güvənirlər

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istiliyin vaxtından əvvəl verilməsi mümkündür. Onun sözlərinə görə, məktəblərin istilik təchizatının və istilik mövsümünün müddəti "Azəristiliktəchizat" ASC ilə təhsil idarələri arasında imzalanmış müqavilə ilə tənzimlənir: "Bu müqavilədə istiliyin verilmə müddəti beş ay nəzərdə tutulub. Amma fərdi qaydada təhsil idarələrindən bizə müraciət olunarsa və istilik haqlarının ödənişinə zəmanət verilərsə, müraciətə baxılır".

R.Əliyev bildirib ki, artıq internat məktəblərindən, doğum evlərindən, uşaq xəstəxanalarından "Azəristiliktəchizat" ASC-yə istiliyin tez verilməsi üçün müraciət olunub: "Həmin müəssisələr müqavilə müddətinin dəyişdirilməsi və ödənişə təminat verdiklərindən artıq onların istiliyinin verilməsi təmin olunub".

Həmsöhbətimiz bildirib ki, havanın temperaturu kəskin aşağı düşdükdə, orta sutkalıq temperatur 3 gün ardı-arda 8 dərəcədən aşağı olduqda da müvafiq icra orqanları istilik mövsümünün tez başlanması ilə bağlı qərar qəbul edir. Bu zaman istiliyin verilməsi tezləşdirilir.

Xəbər lenti
0