CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağstafalılar "aradan çıxmaq" istərkən ələ keçdilər

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri olduğu müəyyən edilib. Fakt­la bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKI, 5 noyabr — Sputnik. Noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu ya­xın­lığında yerləşən "Sadıxlı" sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini poz­ma­ğa cəhd edən 8 nəfər Azərbaycan Respub­likası vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il tə­vəl­lüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğ­lu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bu­kavazin Sevinc Qərib qızı 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il tə­vəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mə­di­nə Aslan qızı və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rə­sul qızı olmaları müəyyən edilib.

© State Border Service of Azerbaijan RepublicSaxlanan şəxslər
Ağstafalılar aradan çıxmaq istərkən ələ keçdilər - Sputnik Azərbaycan
Saxlanan şəxslər

Fakt­la bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0