CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsizlərə şad xəbər - Yeni müəssisələr yaradılır

Abunə olmaq
"İxtisaslaşmış müəssisələr müstəqil olaraq yaradılacaq və həmin müəssisələrdə digər müəssisələrdən fərqli olaraq imtiyazlar müəyyən olunacaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Gələn ildən məşğulluğun təminatı sahəsində yeni proqramlara start veriləcək. Sputnik Azərbaycan-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev məlumat verib. O bildirib ki, bu proqramlar əhalinin həssas qruplarının, sosial müdafiəyə xüsusi ehtiyacı olanların, həmçinin işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına xidmət edəcək. Bunun üçün ixtisaslaşmış müəssisələr də yaradılacaq: "İxtisaslaşmış müəssisələr məhz sosial müdafiəyə xüsusi ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən kateqoriyalı şəxslərin həmin müəssisələrdə işlə təmin olunmasıdır. Bu qəbildən olan müəssisələrdə digər müəssisələrdən fərqli olaraq işə düzəlməkdə çətinlik çəkənlərin sayı daha çox olacaq. İxtisaslaşmış müəssisələr müstəqil olaraq yaradılacaq. Həmin müəssisələrdə digər müəssisələrdən fərqli olaraq imtiyazlar müəyyən olunacaq. Onlar da zona olaraq fəaliyyət göstərəcək".

Telefonla oynayan orta yaşlı kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Əhali sürətlə yaşlanır, cavanlar isə işsiz qalır

Xatırladaq ki, 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında ölkə başçısı sərəncam imzalayıb. Bu sərəncamın məqsədlərindən biri də, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsidir.

Qeyd edək ki, "Məşğulluq haqqında" Qanuna əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün məqsədli proqramlar da həyata keçirilə bilər. İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcə layihəsində fonddan gələn il məşğulluq sahəsində məqsədli proqramların həyata keçirilməsi üçün də vəsait ayrılması nəzərdə tutulub.

Xəbər lenti
0