Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Yekatrina Turina Nesterovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər
Həmkəndlisini döyərək öldürən şəxs 1972-ci il təvəllüdlü Nəsibov Umud Qulu oğludur. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır
Sürücü idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarına aşırıb
Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçeri Lalei də təsdiq edir ki, narkotik istifadəçiləri arasında artım müşahidə edilir
Suyun kəsilməsinə səbəb Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir
Prezidentin imzaladığı dövlət proqramı başa çatsa da, teatrşünaslar onun icrasında nöqsanlar olduğunu bildirilər
Kənd sakinlərinin sözlərinə görə, 7 canavardan ibarət sürü bu gecə kəndə girib. Camaat ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, saxta profillər vasitəsilə görülən işlər cəmiyyətləri çalxalamaqdadır
Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı obyektlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş bazar, yarmarka, mağaza və müvafiq tələblərə uyğun xüsusi ayrılmış yerlərdə həyata keçirilməlidir
İstehlakçı heç bir zaman mağazada əldə etdiyi məhsulun həqiqətən də aldığı brendə aid olub-olmadığını bilə bilməz. Bunu ancaq dövlət orqanları müəyyən edə, satışdan və istehsaldan yığışdıra bilərlər