CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyəli ulduz Azərbaycanın ən gözəl qızlarını öz gecəsinə toplayıb

© Instagram / sheiskameliaИзвестный турецкий исполнитель Мустафа Сандал с азербайджанскими моделями
Известный турецкий исполнитель Мустафа Сандал с азербайджанскими моделями - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur türk müğənni Mustafa Sandal İstanbulda keçirdiyi gecəyə Azərbaycanın ən gözəl qızlarını toplayıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 2 noyabr — Sputnik. Məşhur türk müğənni Mustafa Sandal İstanbulda keçirdiyi gecəyə azərbaycanlı modellər Razi Əliyeva, Kamilla Babayeva, Kameliya Sva və müxtəlif beynəlxalq titulları olan digər qızları dəvət edib.

Bu barədə Spitnik Azərbaycana modellərin özləri məlumat veriblər.

Modellərin dediyinə görə, müğənninin dəvətini rədd edə bilməyiblər və onun gecəsində iştirak etmək üçün Türkiyəyə yollanıblar. O da öz növbəsində azərbaycanlı modellər üçün məşhur hitlərini ifa edib. Gecədə həmçinin türk modellər və müğənninin dostları iştirak edib. Azərbaycanlı gözəllər öz ehtiraslı rəqsləri ilə Sandalın gecəsini rövnəqləndiriblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Kamelia Sva (@sheiskamelia)

"Mən dəfələrlə Bakıda çıxış etmişəm, amma onlardan ən yaddaqalanı Heydər Əliyev sarayında verdiyim konsert olub. Bakı səhnəsində yenidən çıxış etməyi çox istəyirəm", - deyə Sandal modellərə bildirib.

Mustafa Sandal Türkiyənin populyar ifaçılarından biridir. Onun albomları 17 milyon tirajdan artıq satılıb. O, Avropada All My Life ("Mənim bütün həyatım"), Moonlight ("Aya bənzər") və Üsyankar mahnıları ilə populyarlaşıb.

Xəbər lenti
0