CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ölü" ixtisaslar: Yaxud tranzit ölkəyik, amma maşın sürən sürücülərimiz yoxdur

© Sputnik / Tabyildyi KadyirbekovВодитель, фото из архива
Водитель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov ali təhsil sahəsində çoxdan gözlənilən inqilabi islahatların anonsunu verib

BAKI, 2 noyabr — Sputnik. Təhsil naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan bakalavr və magistratura ixtisaslarının siyahısını genişləndirəcək.

Mütəxəssislərin fikrincə, bu, ölkənin universitetlərində bir çox ixtisasların "öldüyü" şəraitdə olduqca zəruridir.

Test imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kolleclərdə ixtisas seçimi nə zamana qədər davam edəcək?

"Magistratura təhsili bakalavr təhsilinin davamıdır. Hal-hazırda Təhsil Nazirliyi bakalavr və magistr dərəcələrinə uyğun ixtisasların genişləndirilməsi istiqamətində işçi qrupu səviyyəsində işləyir. İş bitdikdən sonra təkliflərimiz hökumətə təqdim ediləcək", - deyə nazir bildirib.

Bununla yanaşı, təhsil sahəsinin eksperti Kamran Əsədov Azərbaycanın universitetlərində tələbələrin oxuduğu ixtisasların siyahısından hədsiz narazılığını bildirib. O, həmin ixtisasları faktiki olaraq "ölü" və sovet dövrünün əmək bazarının tələblərinə uyğun hesab edir.

"Azərbaycanın 50 ali təhsil müəssisəsində bakalavriat, magistratura və doktorantura mərhələləri üzrə 380-dən çox ixtisas üzrə kadr hazırlanır. Biz burada nəyi müşahidə edirik? Ali məktəbi bitirən məzunların cəmi 42%-i iş tapa bilir. Bu, çox ciddi problemdir və biz daha çox müasir əmək bazarının tələblərinə uyğun gələn kadrlar hazırlamağa başlamalıyıq", - deyə Əsədov bildirib.

Toksikoloqların işini anestezioloqlar görəcək – İxtisas ləğv olunub>>

Onun fikrincə, artıq bu gün 2025-ci ildən sonra kəskin ehtiyac duyulacaq kadrları hazırlamaq lazımdır. Məsələn, bunlar biotibb, insan resursları, virtual təhlükəsizlik, kompüter oyunlarının inkişafı, fermerlik və s. üzrə mütəxəssislər ola bilər.

"Bir çoxları bu məsələyə əhəmiyyət vermirlər. Baxın, biz çoxdan tranzit ölkəyə çevrilmişik, amma bizdə uzaq məsafələrə böyük tutumlu maşınları sürə bilən sürücülər yoxdur. Düzdür, sürücülərimiz sürücülük vəsiqəsi ala bilərlər, amma onlar ixtisaslaşmış kadrlar olmayacaqlar", - deyə Əsədov əlavə edib.

Xəbər lenti
0