CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü axşama doğru rayonlarda hava soyuyacaq

CC0 / Valiphotos / autumnPayızda yarpaq tökümü, arxiv şəkli
Payızda yarpaq tökümü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir

BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a  verilən məlumata görə, havanın temperaturu  gecə 12-16° isti, gündüz  20-23° isti, Bakıda gecə 13-15° isti, gündüz  21-23°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 

Tibbi-meteoroloji proqnoz: oktyabrın 27-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi  və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə  duman olacaq, şərq  küləyi əsəcək. Havanın temperaturu  gecə 10-15° isti, gündüz  20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15° isti təşkil edəcək.

Xəbər lenti
0