CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənov Brüsselə gedib

© Sputnik / Murad OrujovMüdafiə naziri, general-polkovnik Zakir Həsənov
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Подводка: Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulubПодводка: Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub

BAKI, 24 oktyabr — Sputnik. NATO-nun Mənzil-Qərargahında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasina töhfə verən ölkələrin müdafiə nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

 

Xəbər lenti
0