19:46 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Uşaqlar qapı arxasında, arxiv şəkli

Uşaqların cinsi istismardan müdafiəsi yolunda ciddi sənəd qəbul olundu

© AFP 2019 / Matias Delacroix
CƏMİYYƏT
Qısa URL
29 0 0

Parlament "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasını təsdiqləyib

BAKI, 22 oktyabr - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikasının bəyanatı ilə birgə qəbul edilib. Bəyanatda deyilir: “Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistana münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcək.

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermir.

Azərbaycan Respublikası bəyan edir ki, bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaq”.

Layihə səsə qoyularaq qəbul edilib.

Əsas mövzular