CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı modellərin uğuru: Beynəlxalq yarışın ilk üçlüyündə

© © Sputnik / StringerАзербайджанские модели Нигяр Гасанзаде и Сирадж Бейализаде
Азербайджанские модели Нигяр Гасанзаде и Сирадж Бейализаде - Sputnik Azərbaycan
Abunə olmaq
Modellər Nigar Həsənzadə və Sirac Bəyalızadə Tbilisidə keçirilən beynəlxalq gözəllik yarışında ilk üçlükdə yer alıblar

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycanlı modellər Nigar Həsənzadə və Sirac Bəyalızadə Tbilisidə keçirilən "Miss&Mister Planet of the World 2019" gözəllik yarışının finalında uğurla çıxış ediblər.

Müsabiqə iştirakçılarının Sputnik Azərbaycan-a verdikləri məlumata görə, Sirac Bəyalızadə ikinci, Nigar Həsənzadə isə üçüncü yerləri tutublar. Finalın qalibləri isə 26 yaşlı rumın qız Hodisan Denisa Qabriela və Cənubi Afrika Respublikasından olan 18 yaşlı gənc Obri Piters seçilib.

Planet miqyasında gözəllik: Bakıda "Miss Planet Azerbaijan"ı seçiblər>>

Gürcüstanlı iştirakçılardan Məryəm Mamutsaşvili müsabiqənin vitse-missi seçilib, Qoqa Cikiya isə ikinci yeri tutub.

Final yarışında 15 ölkənin modelləri iştirak ediblər. Azərbaycan, Albaniya, Gürcüstan, Rumıniya, Ukrayna, Belarus, İtaliya, İspaniya, Polşa, Hindistan, Cənubi Afrika Respublikası və digər ölkələrdən olan qız və oğlanlar müxtəlif geyimlərdə tamaşaçılar qarşısına çıxıblar, məxsusi olaraq bu gecə üçün hazırlanmış nömrələri ifa ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin "Miss&Mister Planet of the World 2016" və 2018-in qalibləri Yusif Cəfərli və Emil Qasımov, "Miss&Mister Planet of Azerbaijan"-ın baş direktoru Sadiq Cəfərov da daxil olublar.

Nigar Həsənzadə və Sirac Bəyalızadə "Miss&Mister Planet of Azerbaijan" yarışının qalibləridir.

Bu müsabiqə ilk dəfə 2015-ci ildə keçirilib. Həmin vaxt "Miss Planet"-in prezidenti İrina Papazova finalçıları məhz Tbilisidə toplamaq qərarına gəlib. Müsabiqənin təşkilatçıları Eka Mqaloblişvili və İrina Papazovadır.

Xəbər lenti
0