CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəziyyət Bakıda yaxşı, rayonlarda isə əlverişsiz olacaq

© Sputnik Мурад Оруджев / Mediabanka keçidКомплекс "Flame Towers" в Баку
Комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

BAKI, 21 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti təşkil edəcək.

Xəbər lenti
0