17:29 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Bakıda avtobus dayanacağı, arxiv şəkli

Bu istiqamətlərdə bir sıra marşrutlar ləğv ediləcək

© Baku Transport Agency.
CƏMİYYƏT
Qısa URL
68 0 0

Ağayev deyib ki, optimallaşdırma işləri Bakı Beynəlxalq Avtovağzalı və "İnşaatçılar"metrostansiyası istiqamətində də aparılacaq.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. Paytaxtda bir neçə marşrut xətləri optimallaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, BNA tərəfindən bu istiqamətdə işlər davam etdirilir: "Məsələn, Qara Qarayev prospekti boyunca təxminən 35 marşrut xətti var. Bu xətlərin əksər hissəsi təbii ki, bir-birini təkrarlayır. Ona görə də, həmin prospekt istiqamətindəki marşrut xətlərində optimallaşdırma aparılacaq".

M.Ağayev deyib ki, optimallaşdırma işləri Bakı Beynəlxalq Avtovağzalı və "İnşaatçılar"metrostansiyası istiqamətində də aparılacaq. Agentlik optimallaşdırma işlərinin metronun "20 Yanvar" istiqamətindəki marşrut xətlərində də aparılacağını qeyd edib: "Bakı Nəqliyyat Agentliyinin strateji fəaliyyət planına əsasən marşrut xətlərinin optimallaşdırılması işi davam etdirilir. Optimallaşdırma tədbirləri çərçivəsində marşrut xətlərinin bir-birini təkrarlaması kimi hallar müəyyən edilərək aradan qaldırılır ki, bu da həm paytaxtın ictimai nəqliyyat şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, küçə və prospektlərdə, xüsusən də günün pik saatlarında müşahidə edilən tıxacların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Optimallaşdırma prosesində marşrut xətlərinin seçimi və trayektoriyasının müəyyənləşdirilməsi Bakı Nəqliyyat Agentliyinin xüsusi ekspert qrupunun təhlillərinə əsasən müəyyən edilir".

Əsas mövzular