CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı modellər Tbilisidə göz qamaşdırmağa hazırlaşırlar

© © Courtesy of organizers of Miss&Mister Planet of AzerbaijanПобедители конкурса красоты Miss&Mister Planet of Azerbaijan 2019 Нигяр Гасанзаде и Сирадж Бейализаде принимают участие в мировом финале Miss&Mister Planet of the World 2019, который проходит в Тбилиси
Победители конкурса красоты Miss&Mister Planet of Azerbaijan 2019 Нигяр Гасанзаде и Сирадж Бейализаде принимают участие в мировом финале Miss&Mister Planet of the World 2019, который проходит в Тбилиси  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı modellər Nigar Həsənzadə və Sirac Bəyalızadə beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək üçün Gürcüstana gediblər

BAKI, 19 oktyabr — Sputnik. Miss&Mister Planet of Azerbaijan 2019 gözəllik müsabiqəsinin qalibləri Nigar Həsənzadə və Sirac Bəyalızadə Tbilisidə (Gürcüstan) keçirilən Miss&Mister Planet of the World 2019 dünya finalında iştirak edirlər.

Miss&Mister Planet of Azerbaijan-ın direktoru, beynəlxalq dərəcəli münsif Pərviz Əzimzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Tbilisidə keçirilən müsabiqədə Polşa, Belarus, Ukrayna, İspaniya, Portuqaliya, Rusiya, Bolqarıstan və digər ölkələrdən 24 model iştirak edir.

© © Courtesy of organizers of Miss&Mister Planet of AzerbaijanAzərbaycanlı modellər Nigar Həsənzadə və Sirac Bəyalızadə beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək üçün Gürcüstana gediblər
Azərbaycanlı modellər Tbilisidə göz qamaşdırmağa hazırlaşırlar - Sputnik Azərbaycan
Azərbaycanlı modellər Nigar Həsənzadə və Sirac Bəyalızadə beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək üçün Gürcüstana gediblər

Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin Miss&Mister Planet of the World 2016 və 2018-in qalibləri Yusif Cəfərli və Emil Qasımov, Miss&Mister Planet of Azerbaijan-ın baş direktoru Sadiq Cəfərov da daxildir.

Nigar Həsənzadə və Sirac Bəyalızadə artıq Tbilisi və Gürcüstanın regionlarının görməli yerlərini gəziblər, Imedi TV-nin və Rustavi 2-nin "Georgia's Got Talent" layihəsinin qonağı olublar. Onlar burada milli geyimlərdə Azərbaycanın xalq rəqsi "Uzundərə"ni nümayiş etdiriblər.

© © Courtesy of organizers of Miss&Mister Planet of AzerbaijanAzərbaycanlı modellər Nigar Həsənzadə və Sirac Bəyalızadə beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək üçün Gürcüstana gediblər
Azərbaycanlı modellər Tbilisidə göz qamaşdırmağa hazırlaşırlar - Sputnik Azərbaycan
Azərbaycanlı modellər Nigar Həsənzadə və Sirac Bəyalızadə beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək üçün Gürcüstana gediblər

Müsabiqənin təşkilatçıları Eka Mqaloblişvili və İrina Papazova Azərbaycan nümayəndələrinin uğur qazanmaq üçün böyük şanslarının olduğunu bildiriblər.

Müsabiqənin finalı oktyabrın 21-də olacaq.

Xəbər lenti
0