20:51 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
DYP işçisi

Polislərə yeni cihaz paylanıb - cavabı müsbət olsa, Zığa getmək qaçılmazdır

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
98610

Ekspert hesab edir ki, narkotik istifadəçisi olan sürücülərin cəzalandırılmasını alkoqol istifadəçisi olan sürücülərdən fərqləndirmək lazımdır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iyun-avqust ayında saxlanılan 90 sürücüdən 34 nəfəri narkotik maddələrin təsiri altında olub. Bu, Gürcüstan qanunlarına görə, 3 il müddətinə azadlıqdan məhrumetmə deməkdir.

İyunun 1-dən etibarən Gürcüstanda narkotik maddələrin təsiri altında avtomobil idarə edilməsi cinayət tərkibi daşıyır. Polislər sürücüləri saxladıqları zaman xüsusi testlərlə müayinə edirlər. Bu cihazlar sürücülərin son bir neçə saat ərazində narkotik vasitədən istifadə edib-etməməsini müəyyən edə bilir. Yəni daha polislərin sürücüləri sidik analizi vermək üçün xüsusi laboratoriyalara aparmasına ehtiyac qalmır.

  • Polis əməkdaşlarına verilən narkotester
    Polis əməkdaşlarına verilən narkotester
    © Sputnik / Irade JELIL
  • Polis əməkdaşlarına verilən narkotester
    Polis əməkdaşlarına verilən narkotester
    © Sputnik / Irade JELIL
  • Polis əməkdaşlarına verilən narkotester
    Polis əməkdaşlarına verilən narkotester
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Polis əməkdaşlarına verilən narkotester

Xatırladaq ki, Gürcüstanda ötən il evlərdə marixuana çəkilməsinə icazə verilib. Bundan başqa, şəxslərin özlərinin istifadəsi üçün marixuana əldə etməsi və saxlaması cinayət tərkibi daşımır.

Azərbaycanda da bir müddətdir ki, yol polisi əməkdaşlarına narkotesterlər paylanılıb. Bu cihaz vasitəsilə polislər sürücünün narkotik maddə təsiri altında olub-olmadığını müəyyən edə biləcəklər.

Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, alkotesterlər uzun müddət idi ki, DYP əməkdaşlarına verilmişdi. Artıq narkotesterlərin də verilməsinə başlanılıb: "Belə hesab edirəm ki, Bakı şəhərində narkotesterlərə ehtiyac yoxdur. 

Çünki müayinə məntəqələri var. Hər-hansı sürücüyə qarşı şübhə yaranarsa, onlar məntəqəyə aparılırlar. Zığda Narkoloji Dispanser, "Nizami" metrostansiyası yaxınlığında sürücülərin müayinə məntəqəsi var. Yəni sürücüləri bu müayinə məntəqələrinə aparmaq problem deyil".

E.Muradlı qeyd edib ki, narkotesterlər stasionar postlarda var. Bu narkotesterlər ağız suyu vasitəsilə test edə bilir. Eyni zamanda 6-7 müxtəlif narkotik vasitəni müəyyən edə bilən aparatlar da var: "Narkotik vasitədən istifadəni müəyyən etmək üçün mütləq qandan analiz götürülməlidir. Və bu Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq həyata keçirilməlidir. İlkin mərhələdə şübhə yaranırsa, müayinə olunur və sonra müayinə məntəqələrinə aparılır, sonra isə məhkəmələrə təqdim edilir".

Ekspert hesab edir ki, narkotik istifadəçisi olan sürücülərin cəzalandırılmasını alkoqol istifadəçisi olan sürücülərdən fərqləndirmək lazımdır.

Əlaqədar

Xarici dövlət nömrə nişanlı avtomobil sürücülərinə bəd xəbər
Sürət dəlisi olan avtobus sürücülərinə bəd xəbər
Ayağını pəncərədən çıxaran sürücü polislərə qəribə izahat verdi
Qadınlar da bunu edir: Sürücü piyadanı vurub qaçdı
Qaxda qeyri-adi reyd: polisin saxladığı hər sürücü sevindi - FOTO
Teqlər:
narkotik aludəçiləri, narkotik asılılığı, sağlamlıq, polis, sürücü

Əsas mövzular