CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda agentlik bir yolu bağlayıb yeddi alternativ verdi

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidРемонтные работы на дороге, фото из архива
Ремонтные работы на дороге, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq

BAKI, 17 oktyabr — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar oktyabr ayının 17-dən 18-nə keçən gecədən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Su boruları, arxiv şəkli - Sputnik Azərbaycan
Hamı narazıdır: "Bu təşkilat ləng işləyir"

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq. Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddətdə sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

© Azerbaijan Highway State AgencyŞəfayət Mehdiyev küçəsinin bağlanan hissəsi
Bakıda agentlik bir yolu bağlayıb yeddi alternativ verdi - Sputnik Azərbaycan
Şəfayət Mehdiyev küçəsinin bağlanan hissəsi

Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərindən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər. Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Xəbər lenti
0