CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir neçə rayonda axşamadək qaz olmayacaq

CC0 / suludan diliyaer / gas Təbii qaz, arxiv şəkli
Təbii qaz, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Qaz İxrac" İdarəsinin Qaz Paylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı səhər saatlaırndan 19:00-dək bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilələr olacaq

BAKI, 17 oktyabr — Sputnik. Dünən axşam saatlarında "Xaldan Əhali" ölçü qovşağından qidalanan, Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər. Bir qrup abonentin qaz təchizatında fasilə yaranıb. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, istehsalat birliyinin əməkdaşları ərazidə baş verən fəsadın aradan qaldırılması üçün hazırlıq işləri görürlər. Qaz təchizatının bərpası bu gün ərzində mümkün olacaq.

Bundan başqa, "Azəriqaz" İB-dən verilən digər məlumatda isə qeyd olunur ki, bu gün "Qaz İxrac" İdarəsinin Qaz Paylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı səhər saatlaırndan 19:00-dək Sabirabad, Saatlı, İmişli və Şəmkir rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilələr olacaq. Saat 09:00-dan 18:00-dək diametri 315 mm olan polietilen orta təzyiqli yeraltı qaz xəttində aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Ağsu rayonunun mərkəzinin bir hissəsi və bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Xəbər lenti
0