CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanun hələ yoxdur, amma ola bilər: Canınıza dəyir, cibinizə də ziyan edəcək

© AP Photo / Seth WenigSiqaret götürür, arxiv şəkli
Siqaret götürür, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər valideyn uşağının düşdüyü mühitə nəzarət edərsə, ona maliyyə baxımından siqaret almağa imkan yaratmazsa, yeniyetmələr arasında da siqaret çəkənlərin sayı kəskin azalar

Zülfiyyə Quliyeva, Sputnik Azərbaycan

BAKI, 16 oktyabr — Sputnik. Rusiya Daxili İşlər Nazirliyi azyaşlıların tütün məmulatlarından istifadəsinin qarşısını almaq məqsədilə maraqlı təklif irəli sürüb. Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, siqaret çəkməyə başlayan uşaqların valideynləri 2 min rubla qədər cərimələnə bilərlər. Məsələ ilə bağlı artıq yeni təkliflər paketi hazırlanıb. "İnzibati Qanun Pozuntuları Kodeksi"nə yeni redaksiyanın daxil edilməsi ideyası Qanun Pozuntularının Profilaktikası üzrə Hökumət Komissiyasının iclasının protokolunda qeyd edilib. Sənəd komissiyanın başçısı Vladimir Kolokolsev tərəfindən imzalanıb.

Нет курению - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tütün məmulatlarının satışında ciddi dəyişiklik

Qeyd edək ki, Rusiyada azyaşlılar arasında tütün məmulatlarından istifadə edənlərin sayı çoxluq təşkil etdiyi üçün 2009 və 2014-cü illərdə də Dövlət Dumasına analoji qanun layihələri təqdim olunub. Məlumatlara görə, bu gün Rusiyada yeniyetmələrin 10 faizi siqaret çəkir.

Azərbaycanda da yeniyetmələr arasında siqaret çəkmə hallarına rast gəlinir. Bəs görəsən, ölkəmizdə yeniyetmələrin siqaret çəkməsinə görə valideynlərin üzərinə hüquqi məsuliyyət düşürmü? Ümumiyyətlə, yeniyetmələr arasında siqaretə aludəçilik hansı problemlərə yol aça bilər?

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ölkəmizdə "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun 13-cü maddəsi "Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan olunması"na həsr olunub: "Bu maddədə qeyd edilib ki, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs tütün məhsulunu istifadə edən şəxsin yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir. Çünki yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir".

Rusiyada mağazada siqaret satışı - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada tütün satışı məhdudlaşdırılacaq

İdarədən bildirdilər ki, "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır: "Ümumilikdə, 2019-cu ilin 9 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun tələblərinə görə, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 224 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub".

Milli Məclisin deputatı Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda yeniyetmələrin siqaret çəkməsinə görə, valideynlərin üzərinə heç bir hüquqi məsuliyyət qoyulmayıb: "Sadəcə Ailə Məcəlləsində valideynlərin hüquq və vəzifələri öz əksini tapıb. Bu qanunda qeyd edilib ki, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmçinin valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Amma Rusiyadakı kimi bizdə də valideynlər üzərində də yeniyetmələrin siqaret çəkməsinə görə ayrıca məsuliyyət müəyyən edilməlidir. Hər bir valideynin öz övladına görə məsuliyyət daşıması, ona nəzarət etməsi onun borcudur. Əgər valideyn uşağının düşdüyü mühitə nəzarət edərsə, ona maliyyə baxımından siqaret almağa imkan yaratmazsa, yeniyetmələr arasında da siqaret çəkənlərin sayı kəskin azalar. Mən hətta tərəfdarıyam ki, yeniyetmə övladı siqaret çəkən valideyn qanunla xeyli məbləğdə cərimə edilsin. Bu zaman bəlkə bəzi məsuliyyətsiz valideynlər öz məsuliyyətini hiss edər".

Сигареты, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Spirtli içki və tütün məhsullarının satışında vergi tələbləri sərtləşdirilə bilər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova isə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, yeniyetmələrin siqaret çəkməsi bu zərərli vərdişə aludə olan digər yaş kateqoriyası ilə müqayisədə daha təhlükəlidir: "Siqaret çəkmək hər yaş üçün təhlükəlidir. Amma yeniyetmələrin siqaretə aludə olması daha təhlükəlidir. Yeniyetmə yaşda siqaret çəkmək orqanizmə çox ciddi zərbə vurur. Erkən yaşdan siqaret çəkənlərdə orqanizm inkişafdan qalır, immun sistemi zəifləyir. Yeniyetmələr siqaret çəkdikdə onların sümük əzələ sistemi, ağciyərlərində ciddi problemlər meydana çıxır. Bronxlarda, ağciyərlərdə təhlükəli xəstəliklərin meydana gəlməsinə münbit şərait yaranır. Hətta ağciyər xərçəngi də əsasən erkən yaşdan siqaret çəkənlərdə müşahidə olunur. Ona görə də yeniyetmələrin siqaret çəkməsinin qarşısı alınmalı, valideynlər də övladlarının sağlamlığı naminə onları zərərli vərdişlərə aludə olmaqdan çəkindirməlidirlər".

Xəbər lenti
0