CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adi insana giriş yasaqdır: Azərbaycanın xüsusi məkanları necə qorunur?

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidПриродный заповедник, фото из архива
Природный заповедник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli parkların da xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonası, yəni qoruq rejimi olan zonası vardır və burada hər hansı antropogen fəaliyyət həyata keçirilə bilməz

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Şəhər insanının çox zaman bir kənd nisgili olur. Boz binalardan, yeknəsəq səs-küydən uzaqlaşmaq üçün təbiət qoynuna qaçmağı fürsət bilir. Amma bəzən elə olur ki, onu üz tutduğu məkana buraxmır, hələ bəzi əməllərinə görə cərimə də edirlər. Olar-olmazları araşdırarkən bəlli oldu ki, belə hallar əsasən qoruqlarla bağlıdır. 

Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Azərçin Muradov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hər birimiz ən xəsis milyonerik - iki nəsil sonraya bizdən heç nə qalmayacaq

Hazırda ölkəmizdə ümumi sahəsi 893 min hektara yaxın olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %-ni təşkil edir.

2003-cü ilədək Azərbaycanda milli park statuslu qorunan ərazilər mövcud deyildi. Milli parkların yaradılmasına 2003-cü ildən başlanılıb, qısa müddətdə onların sayı 10-a çatdırılıb və ölkə ərazisinin 3,7%-ni təşkil edir. Bəzi milli parklar dövlət təbiət qoruqlarının əraziləri genişləndirilməklə onların bazasında yaradılıb.

Bu gün isə dövlət təbiət qoruqlarının əməkdaşlarının peşə bayramıdır. Sputnik Azərbaycan-ın əməkdaşı həm qoruqların mühafizəsi, həm də vətəndaşların bu ərazilərdə necə davranması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafi Departamentinin sektor müdiri Bəhruz Məhəmmədovla danışıb.

- Bəhruz müəllim, dövlət təbiət qoruqları haqqında nə deyə bilərsiniz?

- Dövlət təbiət qoruqları Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin növlərindən biridir. Dövlət təbiət qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və​ elmi müəssisə və ya təşkilat​ statusuna malik olan ərazilərdir. Burada təbətin bütün elementləri kompleks şəkildə qorunur.

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafi Departamentinin sektor müdiri Bəhruz Məhəmmədov
Adi insana giriş yasaqdır: Azərbaycanın xüsusi məkanları necə qorunur? - Sputnik Azərbaycan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafi Departamentinin sektor müdiri Bəhruz Məhəmmədov

Azərbaycanda ilk dövlət təbiət qoruğunun yaradılması 1925-ci ilə təsadüf edir. Bu, Göygöl Dövlət Qoruğu olub. Lakin hazırda milli park kimi fəaliyyət göstərir. Qoruq ərazilərinə turistlərin və ziyarətçilərin buraxılmasına icazə verilmir. Lakin xüsusi hallarda elmi müşahidələr və tətqiqatların aparılması üçün buraya müvafiq şəxslərin daxil olmasına icazə verilə bilər.

- Qoruqlar necə müfafizə edilir və onlar kamera sistemi ilə təchiz edilibmi?

- Dövlət təbiət qoruqlarının dövlət tərəfindən təsdiq edilmiş sərhədləri var və onların mühafizəsi Qoruğun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işdə müvafiq mühafizə postlarından və digər mühafizə vasitələrindən istifadə edilir.

Kameralara gəldikdə isə, minlərlə hektarı əhatə edən bütün qoruq ərazilərini hazırda kameralarla təchiz etmək mümkün deyil. Çünki qoruqların əksəriyyətinin əraziləri çətin keçilən dağlıq relyefə malikdir, eyni zamanda müvafiq kommunikasiyalardan xeyli uzaqda yerləşir və bugünkü dövrdə bu işlərin yerinə yetirilməsi üçün kifayət qədər çox vəsait lazımdır. Lakin buna baxmayaraq, bəzi qorunan ərazilərdə vəhşi heyvanların müşahidə edilməsi üçün müəyyən yerlərdə kameralar quraşdırılıb, eyni zamanda ərazilərin bəzi giriş-çıxış yerlərində kameralar mövcuddur və bunların imkanlarından geniş istifadə edilir.

Hirkan Milli Parkı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəki olayının ardı ilə: Qoruqların təhlükəsizliyi necə təmin olunur?

- Vətəndaşlar tərəfindən qanun pozuntuları halları baş verirmi?

- Əlbəttə ki, qoruqların əraziləri digər torpaq istifadəçilərinə məxsus, eyni zamanda vətəndaşların istifadəsində olan bir sıra torpaq sahələri - yay və qış otlaq sahələri, həmçinin yaşayış məntəqələri ilə həmsərhəddir. Bu səbəbdən bəzən müdaxilə hallarına rast gəlinir və dərhal mühafizə işçiləri tərəfindən bunların qarşısı alınır.

Lakin artıq qanun pozuntusu baş verdikdə mühafizə işçiləri həmin şəxslər haqqında inzibati xəta protokolları tərtib edir və onları inzibati məzuliyyətə cəlb edirlər. Eyni zamanda həmin şəxslər təbiətə böyük miqdarda maddi zərər vurduqda isə cinayət məsuliyyətinə də cəlb oluna bilərlər.

- Qoruqlara turistlərin və ziyarətçilərin​ girişinə icazə varmı?

- Xeyr. Qoruq ərazilərinə turistlərin girişi qadağandır. Çünki bunu qanun qadağan edir. Qanunla qoruq ərazilərinin təbii vəziyyətini pozan heç bir fəaliyyətə yol verilmir. Lakin qoruqlardan fərqli olaraq milli parkların ərazilərinə turistlərin daxil olmalarına və müvafiq ekoturizm marşrutları ilə hərəkət etmələrinə icazə verilir. Milli parkların da xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonası, yəni qoruq rejimi olan zonası var və burada hər hansı antropogen fəaliyyət həyata keçirilə bilməz.

Xəbər lenti
0