00:42 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
8130

Anar Cəbrayıllının sözlərinə görə, əsas işlər şənbə-bazar günlərində edilir ki, avtomobillərin hərəkətinə problemlər yaranmasın

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Xırdalan şəhərindən Binəqədidə olan mövcud kollektora qədər 1200 mm boru xətləri ilə təzyiqli kanalizasiya xətti çəkilir.

Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

"Həmin xəttin uzunluğu 4300 metrə yaxındır. Artıq onun yarıdan çoxunu çəkmişik. Hazırda Bakı – Sumqayıt yolunun kənarına gəlib, çıxmışıq. Orada Azərbaycan Avtomobil Yolları və Dövlət Yol Polisi ilə razılaşdırılmış qrafikə uyğun işləyirik. Son iki gündə əsasən gecə saatlarında əməkdaşlarımız çalışıblar", - deyə Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, əsas işlər şənbə-bazar günlərində edilir ki, avtomobillərin hərəkətinə problemlər yaranmasın. İşlərin 20-25 günə yekunlaşacağı gözlənilir.

Əlaqədar

Diqqət: Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılıb
Teqlər:
Xırdalan, Bakı, Sumqayıt, təmir, yol

Əsas mövzular