08:13 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
65 0 0

Dörd günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər

BAKI, 14 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda dörd günlük iş həftəsinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, nazir bildirib ki, qısaldılmış iş günləri kompleks məsələdir: "Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər. Azərbaycanda əməkhaqqı aylıq əsasla müəyyən edilir. Dörd günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əməkhaqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərlərdən asılı olaraq müəyyən edilə bilər".

S.Babayev qeyd edib ki, hazırda Azərbaycanda dörd günlük iş həftəsinin tətbiqi gündəmdə deyil: "Gələcəkdə istənilən məsələ kimi, bu da müzakirə oluna bilər".

Əsas mövzular