00:24 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Rusiya vətəndaşının pasportu

Rusiyada öz evimizdəki kimi: şimal qonşumuz vətəndaşlıq tələbinə yenidən baxır

© Sputnik / Vitaly Ankov
CƏMİYYƏT
Qısa URL
90620

"Təklif qəbul edilsə, məsələn, şəxs Azərbaycan vətəndaşlığında qalmaq şərtilə Rusiya vətəndaşlığını əldə edib oradakı güzəşt, sosial paket və digər imkanlardan yararlanmaq imkanı əldə edə bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Rusiya vətəndaşlığı alınması qaydalarına dəyişiklik oluna bilər. AZƏRTAC xəbər verir ki, Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilər əvvəlki vətəndaşlıqlarını da saxlaya bilərlər. Bu təklif Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2020-2022-ci illər üçün federal dövlət büdcəsinə əlavə etdiyi sənədlərdə əksini tapıb. Nazirliyin məlumatına görə, gələcəkdə Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv edə bilər. 

Təklif ilə bağlı miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyib ki, Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv etsə, əcnəbi şəxs əvvəlki vətəndaşlığını da saxlamaqla rahat şəkildə Rusiya vətəndaşlığı əldə edə bilər: "Məsələn, Azərbaycan vətəndaşı olan şəxs Rusiya vətəndaşı olsa, deməli, Azərbaycan vətəndaşlığından imtina etməyə bilər. Azərbaycan qanunvericiliyinə görə, biz birmənalı şəkildə onun Azərbaycan vətəndaşlığından çıxması məsələsini qoya bilmərik. Azərbaycan qanunvericiliyinə görə, bir şəxs başqa ölkənin vətəndaşlığını əldə edirsə, o yalnız 1 ay ərzində bizim diplomatik qurumları məlumatlandırmalıdır ki, digər ölkənin vətəndaşlığını əldə edib. Və bu zaman həmin şəxsin qarşısında Azərbaycan vətəndaşlığından çıxmaq tələbi irəli sürülmür".

"Əgər bir ay ərzində diplomatik qurumlara məlumat verməsə, buna görə məsuliyyət daşıyır. Cinayət Məcəlləsində bununla bağlı xüsusi bir müddəa var və bu, 2014-cü ildən qüvvədədir. Digər məsuliyyət nəzərdə tutulmur", - deyə ekspert bildirib.

O qeyd edib ki, 2013-cü ildən etibarən Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini qoyub və bu, həm də Azərbaycan vətəndaşlarına şamil olunub:

 "Və eynilə Azərbaycan vətəndaşı olmaq istəyən Rusiya vətəndaşlarının qarşısında da bu tələb irəli sürülüb, yəni şəxs yalnız Rusiya vətəndaşlığından imtina etdikdən sonra Azərbaycan vətəndaşlığına qəbul edilə bilər. Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv etsə, Rusiya vətəndaşlığını əldə etmək istəyən şəxslərin, o cümlədən də Azərbaycan vətəndaşlarının sayında müəyyən artım hiss edə bilərik".

"Təklif qəbul edilsə, məsələn, şəxs Azərbaycan vətəndaşlığında qalmaq şərtilə Rusiya vətəndaşlığını əldə edib oradakı güzəşt, sosial paket və digər imkanlardan yararlanmaq imkanı əldə edə bilər. Düşünürəm ki, belə insanların sayı çox ola bilər", - deyə ekspert əlavə edib.

Əlaqədar

Yüzdən artıq insanı Azərbaycandan çıxarıb cərimələdilər
Avropadan ikili vətəndaşlıq ilə bağlı mühüm qərar
BMT bu şəxslərə vətəndaşlıq verilməsini istəyir
Teqlər:
təklif, qanunvericilik, Azərbaycan, Rusiya, vətəndaşlıq

Əsas mövzular